Mərasimdə Əli Laricani də iştirak edir
Türkiyədə Aşura mərasimi başlayıb. 313news.net-in "timeturk"ə istinadlı məlumatına görə, "Halqalı"da təşkil olunan əza mərasiminə minlərlə şiə müsəlmanı qatılıb. Qara paltar geyinən Əhli-beyt (ə) tərəfdarları müxtəlif azadlıq şüarları səsləndiriblər.
Mərasimdə İran parlamentinin spikeri Əli Laricani də iştirak edir.