Dünyada » Pakistanda terrorçular şiələrin dini yürüşünə hücum edib

Pakistanın Şimal-Qərbində Hayber-Paxtunxva əyalətinin Dera-İsmayıl-Xan şəhərində baş verən partlayış nəticəsində 4-ü uşaq olmaqla 7 nəfər həlak olub, 30-dan insan isə yaralanıb

APA-nın «Reuters»ə istinadən verdiyi məlumata görə, terrorçuların hədəfi yerli şiələrin yürüşü olub ki, bu yürüşlər radikal sünnilər tərəfindən tez-tez hücuma məruz qalır.

 

Partladılmış bombanın gücü 8-10 kq trotil ekvivalentində olub. Partlayıcı qurğu məsafədən işə salınıb.

Qeyd edək ki, ötən həftə ərzində Pakistanda 10 nəfərdən artıq şiə öldürülüb. Noyabrın 25-də isə qeyd olunacaq Aşura günündə ilə ölkədəki şiə azlığına qarşı yeni hücumlar gözlənilir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!