![](/up/news/article/Mescid/thumb_mescidel-eqsa-4.jpg)
İsrailin hakimiyyət dairələri İslamın ən müqəddəs məkanlarından sayılan Məscidi-Əqsada yaşı 45-ə çatmamış müsəlmanların namaz qılmalarını qadağan edib
Milli.Az DHA-ya istinadən bildirir ki, dünən cümə namazı üçün məscidə gedən on minlərlə müsəlman Məscidi-Əqsaya buraxılmayıb.
Əl Əqsanın ətrafını mühasirəyə almış İsrail polisi içəri yalnız yaşı 45-dən çox olan müsəlmanları buraxıb.
Bu zaman məscidin 10 qapısından 7-ni israilli hərbçilər və polislər bağlamışdılar.