Orta şərq » Ayətullah Xameneyi əza mərasimində iştirak edib

İmam Hüseynə (ə) matəm mərasimləri davam edir

İran İslam İnqilabının lideri Ayətullahul-uzma Seyid Əli Xameneyi İmam Hüseynə (ə) təşkil olunmuş əza mərasimində iştirak edib. 313news.net-in məlumatına görə, matəm mərasimi "İmam Xomeyni (r) hüseyniyyəsi"ndə baş tutub.

Matəm mərasimində dövlət rəsmiləri ilə yanaşı minlərlə sadə vətəndaş da iştirak edib. Mərasimdə mərsiyələr oxunub, İmam Hüseyn (ə) qiyamının hədəfləri qeyd olunub.

Qeyd olunur ki, əza mərasimləri məhərrəm ayının 11-nədək hər gün təşkil olunacaq.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!