ABŞ dövlət katibi Hillari Klinton Ramallaha gəlib
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Hillari Klinton burada Fələstin prezidenti Mahmud Abbasla görüş keçirəcək. Xanım Klinton Ramallaha İsraildən gəlib, o, Benyamin Netanyahu ilə də danışıqlar aparıb.
Görüş çərçivəsində Klinton ABŞ-ın İsraili dəstəklədiyini deyib, lakin güc tətbiqindən qaçmağın vacib olduğunu vurğulayıb. Bu səbəbdən ABŞ hər cəhdlə Yaxın Şərqdə sülhün təmin olunması üçün səy göstərəcək.
Yaxın Şərqə səfəri çərçivəsində H.Klinton Misir prezidenti Məhəmməd Mursi ilə də görüşəcək.