![](/up/news/article/israil/thumb_benjamin_netanyahu_080710.jpg)
“İran Fələstini silah-sursatla təmin edir”
APA-nın məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun təqdim etdiyi hesabatda bildirilir. Sənəddə deyilir ki, Qəzza sektoru İranın forpostudur: “İran döyüşçülərə təlim və məşqlər keçir, terrorçu qruplara milyonlarla dollar pul xərcləyir”.
Qeyd edək ki, İsrail Fələstin döyüşçülərinin Təl-Əvivə və digər bölgələrə atdığı “Fəcr-5” raketinin Qəzzaya İrandan gətirildiyini iddia edir.