Orta şərq » Ayətullah Xameneyi Suriya böhranının həllini təklif edir

"Qərb anti-İsrail müqavimətini zəiflətməyə cəhd göstərir"

İran İslam İnqilabının lideri Ayətullah Əli Xamneyi bəyan edib ki, Suriya müxalifəti silahı yerə qoymağa hazır olsa, Suriya hökuməti onların mövqeyini dinləyə bilər. Bu barədə Trend-in "Fars" agentliyinə istinadən məlumat verir.

Ayətullah Xamneyi bu bəyanatla İranın Həcc və zəvvarlıq təşkilatının rəsmi şəxsləri ilə görüşündə çıxış edib.

Onun sözlərinə görgə, Qərb regionda İsrailə müqaviməti zəiflətməyə cəhd edir və bununla da Suriyada vəziyyətin pisləşməsinə yardım edir.

Ali lider bəyan edib ki, ölkəyə xaricdən silah qaçaqmalçılığının qarşısını almaqla Suriyada böhranı həll etmək mümkündür.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!