İsrail ordusunun Qəzza şəhərinin şərqini atəşə tutması nəticəsində iki nəfər ölüb, 20 nəfər yaralanıb
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, İsrail hərbiçilərinin hücumu Fələstin silahlılarının İsrailin sərhəd postuna hücumundan sonra baş verib.
Fələstinin “Əl Aksa” radiosu bildirib ki, İsrailin bombardmanı nəticəsində yaralananların əksəriyyəti dinc əhalidir.