Orta şərq » Ayətullah Xameneyi “Məhəmməd (s)” filminin çəkiliş meydanını ziyarət edib

İran İslam İnqilabının Ali lideri Seyid Əli Xamenei “Məhəmməd (s)” filminin Tehran ətrafında yerləşən çəkiliş meydanını ziyarət edib

SalamNews-un MehrNews-a istinadən verdiyi xəbərə görə, ölkə liderinin kinomatoqrafiya layihəsini ziyarət etməsi görünməmiş hadisədir.

“Məhəmməd (s)” filminin rejisoru Məcid Məcididir. Film müsəlmanlarını Peyğəmbərinin (s) anadan olmasında 12 yaşına qədər olan müddət ərzindəki həyat fəaliyyətinə həsr olunub.

Film “Nurtaban” kinostudiyasında çəkilir. Layihənin rəhbəri Məhəmməd Mehdi Heydariandır. Həmçinin məlumata əsasən, bir sıra səhnələr Afrikada çəkiləcək.

Məcid Məcidi dünyada tanınmış rejissordur. O, “Cənnətin rəngləri”, “Baduk”, “Cənnət övladları” və “Yağış” kimi beynəlxalq kino festivallarda mükafat alan filmlərin yaradıcısıdır. İran hökuməti “Məhəmməd (s)” filminin çəkilişi üçün rejissora 30 milyon dollar büdcə ayırıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!