Misir prezidenti Muhəmməd Mursinin imam cümənin dualarından sonra etdiyi "amin"ı İsrail medialarının manşetlərinə düşüb.
Misir televiziyası ilə canlı yayında cümə namazında iştirak edən Misir prezidenti Muhəmməd Mursinin imam cümənin dualarından sonra etdiyi "amin"ı İsrail medialarının manşetlərinə düşüb.
İslamazeri.az İsrail medialarına istinadən xəbər verir.
Belə ki, cümə namazında məscidlərdən birində Futuh Əbdülnəbi Mansur adlı İmam Cümənin xütbədən sonra “Allahım, günahlarımızı bağışla, kafirler qarşısında bizlərə güc ver və bizi kafirlər qaşısında qələbə qazandır. Allahım yəhudiləri və dəstəkçilərini məhv et. Onların üzərindəki hökmünü və əzəmətini onlara göstər" duasına Misir prezidenti Muhəmməd Mursi "amin" deyib.
Bu çıxış canlı yayınla telekanallarda yayımlandığından bunu İsrail mediaları da izləyirmiş və bu xəbəri Peresə Mursi tərəfindən yazılan məktubla bir araya gəlməməsi qeydlərilə manşetə çıxarıblar.
Qeyd edək ki, "American Anti-Defamation League" Mursinin "amin"ini qınayan bəyanat yayıb.