10 Oktyabr, 2012
Ermənistan silahlıları cəbhənin Ağdam, Füzuli və Daşkəsən istiqamətlərində atəşkəsi pozublar

Ermənistan silahlıları cəbhənin Ağdam, Füzuli və Daşkəsən istiqamətlərində atəşkəsi pozublar.

 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında, Füzuli və Daşkəsən rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

 

Bütün hüquqlar qorunur  ©  Dünya xəbərləri

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!