Yaxın şərq » Türkiyə Suriyanı vurdu

İslam dünyasında daha bir müharibə alovlandı

 

Türkiyə Silahlı Qüvvələri sərhəddəki insidentə cavab olaraq Suriya ərazisindəki mövqelərə zərbələr endirib. ANS PRESS-in məlumatına görə, faktı Türkiyə hökumətinin mətbuat xidməti təsdiqləyib.

“Suriya sərhədindəki ordu hissələri cavab veriblər. Radarla Suriyadakı hədəflərə artilleriya zərbələri endirilib, hədəflər məhv edilib”, - məlumatda deyilir. Məlumatda o da bildirilir ki, NATO Şurası Suriya-Türkiyə sərhədindəki insidentlə bağlı fövqəladə toplanı keçirəcək.

Qeyd edək ki, btən gün Suriya ərazisindən atılan artilleriya mərmiləri Türkiyə ərazisinə düşüb. Nəticədə Şanlıurfa vilayətinin Akçakale bölgəsində 5 nəfər ölüb, 8 adam xəsarət alıb. /anspress/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!