Presstv internet portalının
verdiyi xəbərə görə etiraz mitinqinin əksəriyyətini hicablı tələbələr təşkil
etmişdir. Onlar “Dünyavilik və orta məktəblərdə dini simvollar haqqında Fransa
qanunu”un irqi ayrı seçkilik salmasını qeyd edərək bildirmişlər ki, hər kəs
geyim formasını seçməkdə azad olmalıdır.
Xatırladaq ki, 2004-cü ildə mart
ayının 15 Fransanın milli qanunverici orqanı orta məktəblərdə dini simvolları
qadağan edən ziddiyətli qanun çıxartdı və sonradan president Jak Şirak tərəfindən
imzalandı. Sentyabr ayının 2-dən etibarən isə, yeni dərs ilinin başlandığı gün
qanun qüvvəyə mindi. Qeyd edək ki, bir çoxları qeyd etmişlər ki, həmin qanun
“dini bildirən əlamtləri geyinməyi icazə verən” məhkəmə qərarına zidd olaraq qəbul
edilmişdir. Baxmayaraq ki, qanunda dini əlamətlər dedikdə geniş spektr nəzərdə
tutlsa da, qanunun bir mənalı olaraq hicab əleyhinə qəbul edildiyi hamıya bəlli
idi.