6 Sentyabr, 2012
İİR vitse-prezidenti: "İran və Azərbaycan arasında əlaqələr bundan sonra daha da inkişaf edəcək"

İran və Azərbaycan arasında əlaqələr həmişə yaxşı olub və iki ölkə arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək.

Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının (İİR) vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi deyib.

"Bizdə bunu deməyə kifayət qədər fakt və əsaslar var", - Musəvi əlavə edib.

Vitse-prezident dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü və bu görüşdə ikitərəfli əlaqələrin geniş müzakirə edildiyini bildirib.

Musəvi İranda həbs olunan azərbaycanlı şairlərin azadlığa buraxılmasına şərh verməyib.

TREND

Bütün hüquqlar qorunur  ©  Dünya xəbərləri

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!