Dünyada » ABŞ demokratları Qüdsü İsrailin paytaxtı kimi tanımadılar
Qüds, Fələstin

ABŞ-ın Demokratlar partiyası Qüdsü İsrailin paytaxtı kimi tanımayıb

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məsələ partiya qurultayının proqramından çıxarılıb. Lakin bundan əvvəl demokratlar bəyan etmişdilər ki, Qüds İsrailin paytaxtı olub və belə də olacaq. Bu bəyanat Respublikaçılar partiyasının sərt tənqidinə səbəb olmuşdu.

Qeyd edək ki, 1967-ci ildə 5 günlük müharibədən sonra Qüdsün şərq hissəsi İsrail tərəfindən işğal olunub. Fələstinlilər şəhərin bu hissəsini özlərininki hesab edirlər və geri qaytarılmasını tələb edirlər.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!