Dünyada » Ramil Səfərova görə Bakını qınayan ABŞ bir neçə erməni terrorçusunu əfv edib

Fransada isə 8 adamın qatili erməni terrorçusu Varujan Karapetyan 11 il əvvəl əfv edilib.

Ramil Səfərovun Azərbaycana ekstradisiya olunaraq əfv olunmasının Ermənistanda narazılıqla qarşılanması nə qədər gözlənilən olsa da, bir sıra qərb ölkələrinin, xüsusilə də Birləşmiş Ştatların bu məsələyə etiraz etməsi Bakıda təəccüblə qarşılanıb. Məsələ burasındadır ki, elə həmin qərb ölkələri çoxlu sayda ömürlük həbs cəzasına məhkum olunmuş, özü də terrorçu olan erməniləri əfv edib, onları hətta Ermənistana təhvil veriblər.

2001-ci ilin aprelində Fransa 17 il həbsdən sonra ömürlük həbs cəzasına məhkum olunmuş Varujan Karapetyan adlı terrorçunu Ermənistana təhvil verərkən, onun təyyarəsi İrəvana enməmiş Robert Köçəryan onun əfv edilməsi haqda fərman imzaladı, onu qəhrəman kimi qarşıladılar və o, hətta mükafatlandırıldı. Baxmayaraq ki, Karapetyan, başqalarıyla birgə 1984-cü ildə Parisin Orli hava limanında partlayış törədərək səkkiz adamın, o cümlədən, 4 fransızın ölümünün səbəbkarı idi. O, heç vaxt Ermənistan vətəndaşı olmamışdı və Ramil Səfərovdan fərqli olaraq, açıq-aydın terrorçu idi. 11 il əvvəl Ermənistanın bu hərəkətinə nə Amerika, nə də digər dünya ölkəsi münasibət ifadə etmədi, tədbir görmədi.

Bu fakta başqa erməni terrorçularını da əlavə etmək olar. Belə ki, 1984-cü ildə ABŞ, turk diplomatlarını qətlə yetirərək ömürlük həbs cəzası almış terrorçu Qurqen Yanikyanı azadlığa buraxdı. 1989-cu ildə isə Fransa Parisdəki Turk Konsulluğuna hücumu təşkil etmiş Malko Melkonyanı azad etdi. Hansı ki, onun rəhbərlik etdiyi hücum nəticəsində bir türk diplomatı yaralanmış, biri isə öldürülmüşdü.

Adları siyahıda olan ermənilər terror törətsələr də, onlar azadlığa buraxılıblar. Amma bu siyahıdakılardan fərqli olaraq, Azərbaycan zabiti Ramil Səfərovun terror deyil, qətl törətdiyi Macarıstan məhkəməsi tərəfindən bildirilmişdi və o, hüquqi prosedurlar çərçivəsində Macarıstandan Azərbaycana ekstradisiya olunub.

anspress.com

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!