FaktXeber.com-un verdiyi məlumata görə, ABŞ dövlət katibi Hillari Klinton Sakit Okean ölkələri üçün Amerika modelini tövsiyə edib.
Hillari Klinton Kuk adalarında keçirilən Sakit Okean Ada Ölkələri Forumunda iştirak edib. 16 ölkənin təmsil olunduğu forumda çıxış edən dövlət katibi ABŞ-ın bölgədə uzun perspektivli düşündüyünü, ABŞ Sahil Mühafizə qüvvələrinin indiyə qədər 9 üzv ölkəylə əməkdaşlıq etdiyini, bu rəqəmin daha da artırılacağını söyləyib.
Qeyd edək ki, Vaşinqtonun bölgədə davamlı inkişafdan iqlim dəyişikliyinə qədər 32 yeni layihə başladacağını açıqlayan Klinton bölgə ölkələriylə əlaqələri gücləndirmək istədiklərini vurğulayıb. Bölgənin kifayət qədər böyük olduğunu, Çinlə rəqabətə ehtiyac olmadığını bildirən Klinton Sakit Okeandakı yayılmalarının hər hansı ölkəyə qarşı olmadığını deyib. Forumda iştirak edən Çin xarici işlər nazirinin müavini də Pekinin Sakit Okeanda siyasi təsir və güc axtarışında olmadığını bildirib.
Məlunmat üçün bildirək ki, Çin Afrikada olduğu kimi Sakit Okeanda da kiçik ada ölkələrinə geri ödənmətən kreditlər verir, yollar, xəstəxanalar inşa edir, çincə kursları açır.