Ermənistan Macarıstan ilə diplomatik əlaqələri dayandırır
APA-nın «Novosti-Armeniya»ya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidenti Serj Sərkiysan ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri ilə təcili müşavirədə bəyan edib.
«Mən rəsmi surətdə bəyan edirəm ki, bu gün biz Macarıstan ilə diplomatik münasibətləri və bütün rəsmi əlaqələri dayandırırıq», deyə Sərkisyan bəyan edib.
Ermənistanla Macarıstanın əlaqələri Budapeştin Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovu Azərbaycana ekstradisiya etmək barədə qərarından sonra gərginləşib.