Orta şərq » Tehranda Qoşulmama Hərəkatına üzv ölkələrin sammitinin ikinci günü işə başlayıb

Qoşulmama Hərəkatına üzv ölkələrin Tehranda keçirilən XVI zirvə toplantısının ikinci günü İran prezidenti Mahmud Əhmədinejadın sədrliyi ilə başlayıb

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, çıxış etmək üçün 63 nəfər müraciət etsə də, 40 iştirakçıya söz veriləcək. Bu gün nahardan sonra sammit işini yekunlaşdıracaq və yekun Bəyannamə qəbul ediləcək. 

Qeyd edək ki, Tehran sammiti 120 ölkənin dövlət başçısı və nümayəndəsinin iştirakı ilə dünən işə başlayıb. Sammitin birinci günü 20 nəfər çıxış edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!