ABŞ-ın Çikaqo ştatında yerləşən İslam Təşkilatları Şurası İordaniya əsilli müsəlman ailəsinə məxsus qəbirlərin təhqir olunmasına etirazını bildirib.
ABŞ-ın CBS kanalının yaydığı xəbərə görə, Şuranın məsələ ilə bağlı verdiyi bəyanatda deyilir ki, son zamanlar müsəlmanlara məxsus qəbirlər dağıdılır və təhqirlərə məruz qalır.
İordaniyalı müsəlman ailəsinin qəbirləri ötən bir neçə ay ərzində 6 dəfə təcavüzə məruz qalıb. Polis hadisə yerinə gələrkən dağıdılmış qəbir daşlarının qalıqları üzərində müsəlmanları təhqir edən müxtəlif sözlərin yazıldığının şahidi olub.
Publika.az