Orta şərq » İran XİN: “Xarici qonaqlar İranın nüvə obyektlərinə baxış keçirməyəcəklər”

“Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehranda keçirilən XVI zirvə toplantısına qatılacaq qonaqlar İranın nüvə obyektlərinə baxış keçirməyəcəklər”

APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib. Onun sözlərinə görə, qonaqların səfər proqramında belə bir şey nəzərdə tutulmayıb: “Əgər toplantı zamanı müəyyən şərait yaransa və qonaqlar İranın bəzi şəhərlərindəki nüvə obyektlərinə baxış keçirmək istəsələr, onda bu məsələni onların səfər proqramına daxil etmək olar”. 
Qeyd edək ki, bir neçə gün əvvəl bəzi yerli və xarici medialar BMT baş katibi Pan Gi Mun və digər qonaqların İranın nüvə obyektlərinə baxış keçirəcəyi barədə məlumatlar yaymışdılar.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!