313news.net-in gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, Dağıstanın Xasavyurd rayonunda şiə müsəlmanların toplaşdığı İmam Əli (ə.s) məscidinə naməlum şəxslər tərəfindən silahlı basqın olub.
İlkin məlumatlara görə, 6 nəfər yaralanıb, onlardan 2 nəfərin vəziyyəti ağırdı.
Şahidlərin dediyinə görə, hücum iftar zamanı baş verib. 2 maskali şəxs iftar zamani məscidə soxularaq süfrə arxasında oturan müsəlmanlara avtomatdan pərakəndə şəkildə atəş açıblar.