Silah » Ukrayna Ermənistana silah satışı barədə məlumatı təkzib edir

"Ukrayna XİN Ukrayna tərəfinin Ermənistana reaktiv yaylım atəşi sistemini və zenit-raket komplekslərini satması barədə məlumatı təkzib edib"

Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verib.

"İnternet resurslarda bu məsələ ilə bağlı yerləşdirilən məlumatların mənşəyi məlum deyil və açıq şəkildə fitnəkar xarakter daşıyır", - XİN sözçüsü Aleksandr Dikusarov çərşənbə axşamı brifinqdə deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfi bu və ya digər ölkə ilə hərbi-texniki əməkdaşlığın inkişafı məsələlərində Ukrayna dövlətinin BMT, ATƏT-ə üzvlüyü çərçivəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ciddi əməl edir.

"Bundan başqa, rəsmi Kiyev Ukraynanın gələcəkdə ATƏT-ə sədrliyini nəzərə alaraq, regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün maksimum səy göstərir", - XİN nümayəndəsi əlavə edib.

Dünən Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi general-mayor Sergey Qmızın Ukrayna Prezidenti Viktor Yanukoviçə "Ukrspeseksport" və "Di Ci Arms Korporeyşn" QSC (Ermənistan Müdafiə Nazirliyinin vasitəçisi) arasında müqavilə çərçivəsində Ermənistana silah satışı ilə bağlı məktubunun təfərrüfatları məlum olub.

Trend-in məlumatına görə, məktubda satışın həyata keçirilməsi üçün Aİ və MDB-də qeydiyyata alınmış saxta firmalardan istifadə olunması təklif edilir. Məktubda Ukraynadan Ermənistana "Smerç" yaylım atəşi sisteminin və 12 ədəd raketinin, həmçinin 50 ədəd "İqla" daşınan zenit raket kompleksinin satışının qanunsuz sxemi göstərilir.

Məktubda qeyd edildiyi kimi, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin "Ukrspeseksport" və "Di Ci Arms Korporeyşn" QSC (Ermənistan Müdafiə Nazirliyinin vasitəçisi) arasında müqavilədən bu silahların alınması barədə məlumat əldə etməsi, habelə Ermənistanın artıq müqavilənin dəyərinin 50 faizini ödəməsi qeyd edilir.

Qmız Azərbaycanın bu müqavilədən xəbər tuta biləcəyi barədə də qeyd edir.

Azərbaycanla Ukrayna arasında hərbi-texniki və enerji əməkdaşlığını zərbə altında qoymamaq üçün "Ukrspeseksport"a "erməni tərəfi ilə sazişin həyata keçirilməsi faktından açıq şəkildə imtina etmək" təklif edilir. Bununla yanaşı, Ermənistan şirkətinə "öz ətrafında etibarsız təchizatçı" kimi "Ukrspeseksport" rəhbərliyi və Ukrayna tərəfi arasında münasibətlərin kəskin pisləşməsi barədə arbitraja yalandan müraciət etmək təklif edilib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi "Smerç" komplektlərinin satışının "Aİ və ya MDB ərazisində qeydiyyatdan keçmiş saxta firmalardan istifadə etməklə" Moldova ərazisində konspirasiya şəraitində həyata keçirilməsi təklif olunur.

Məmulatlar üzərində nişanlar bu zaman dəyişdirilməli idi. Yalanın üstü açılacağı halda isə "İqla" komplekslərinin Liviyadakı azadlıq hərəkatı döyüşçülərinin həmin ölkədə talan etdikləri anbarlardan çıxarılması ilə "əfsanələşdirilməsi" nəzərdə tutulmuşdu.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!