Misir prezidenti ölkənin Baş Qərargah rəisini də istefaya göndərib.
FaktXeber.com-un verdiyi məlumata görə, Misir dövlət başçısı Məhəmməd Mursi, gözlənilmədən ölkənin müdafiə nazirini istefaya göndərib. Məhəmməd Mursi, Yüksək Hərbi Şuranın rəhbəri və müüdafiə naziri Hüseyn Təntavi və ölkənin Baş Qərargah rəisi Sami Annanı təqaüdə göndərib.
Qeyd edək ki, mövzu ilə bağlı dövlət televiziyasında çıxış edən prezidentin sözcüsü Yasir Əli, Təntavi və Annanın artıq Misir prezidentinin məsləhətçisi olacağını bildirib. Məhəmməd Mursinin qərarına əsasən, bundan sonra Əbdülfəttah Sisi ölkənin müdafiə naziri, Sidqi Subhi isə Baş Qərargah rəisi olacaq.