Silah » Ukrayna Azərbaycana döyüş təyyarəsi və tank əleyhinə idarə olunan raket kompleksləri satıb

Ukrayna hökuməti 2011-ci ildə silah və hərbi texnika satışı üzrə hesabatını açıqlayıb.

Bu barədə APA Ukraynanın İxraca nəzarət üzrə Dövlət Xidmətinin saytına istinadən məlumat verib.

Postsovet ölkələri arasında ən böyük silah istehsalçılarından olan Ukrayna 2011-ci ildə 117 ədəd tank, 101 ədəd zirehli nəqliyyat vasitəsi, 5 döyüş və təlim təyyarəsi, 2 helikopter və 12 raket buraxılış qurğusu ixrac edib.

Ukraynanın silah satdığı ölkələr arasında Azərbaycan və Ermənistan da yer alıb. Belə ki, ötən il Ukrayna Azərbaycana 1 ədəd MiG-29UB döyüş təyyarəsi, 6 ədəd tank əleyhinə idarə olunan raket kompleksi, Ermənistana isə 2 ədəd L-39 tipli təlim təyyarəsi satıb.

Qeyd edək ki, bununla da Azərbaycan 2006-cı ildə Ukraynaya sifariş verdiyi 16 ədəd MiG-29 döyüş təyyarəsinin hamısını silahlanmaya qəbul edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!