Afrika » Klinton pomidorla yola salındı

ABŞ dövlət katibinin Misir səfəri xoşagəlməz sonluqla bitib

ABŞ dövlət katibi Hillari Klintonun Misirə səfəri xoşagəlməz şəkildə başa çatıb.

İçərisində Hillari Klintonun olduğu avtomobil karvanı İsgəndəriyyə şəhərinin küçlərində hərəkət edərkən qəzəbli misirlilərin hücumuna məruz qalıb.

Etirazçılar Klintonun avtomobilinə ayaqqabı, butulka və pomidor atıblar. Etiraz edən misirlilər Hillari Klintonun həyat yoldaşı Bill Klintonun şəxsi həyatı ilə bağlı qalmaqala işarə vuraraq, "Monika, Monika" şüarları qışqırıb, bəziləri isə "Klinton, get" kimi şüarlar səsləndiriblər.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hillari Klintonun xəsarət almadığını, onun avtomobilinə də ziyan dəymədiyini bildirib. /Yeni Musavat/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!