
İyulun 10-da Tehranda "İslami oyanış və qadınlar" mövzusunda keçirilən beynəlxalq toplantıda çıxış edən İran İslam respublikasının prezidenti Mahmud Əhmədinejad bu fikirləri səsləndirib
313news.net "Media forum"a istinadən bildirir ki, Əhmədinejad deyib:  "Allah yer üzündəki bütün insanlara yalnız bircə din göndərib. Allah  xristianlıq və iudaizm adlı dinlər göndərməyib. Həzrət İbrahim, Həzrət  Musa və Həzrət İsa sadəcə olaraq, İslam dininin carçıları olublar. İslam  beynəlxalq bir dindir. Allah bircə din göndərib, o da İslamdır. Allah  insanlara İslamdan başqa heç bir din göndərməyib.
Bizim əziz  peyğəmbərimiz peyğəmbərlərin xatəmi olaraq bütün dünyaya aiddir. İslam  peyğəmbəri Həzrət Məhəmməd həm də Amerika, Avropa və Asiyada yaşayan  insanların peyğəmbəridir. O, buddistlərin də peyğəmbəridir və bütün  insanları xilas etmək üçün gəlib. Bizim əziz peyğəmbərimiz təkcə  müsəlmanlara aid olmadığı kimi “Quran” da yalnız müsəlmanlara məxsus  deyil. “Quran” bütün insanlara məxsusdur”.