“Bu gün sanksiyalar İrana heç bir təsir göstərmir. Çünki Tehran 30 ildir bu sanksiyalardan özünü sığortalamağı bacarıb”.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi Tehranda keçirilən “İslami oyanış və qadınlar” adlı beynəlxalq konfransda çıxışında deyib. O bildirib ki, fövqəlgüclər 32 ildir İranla düşmənçilik edir: “Bu gün Qərb ölkələri İrana qarşı sanksiyaları artırmaqla yalandan hay-küy salmaqla məşğuldur. Halbuki İran 30 ildir sanksiyalara qarşı peyvənd olunub. Yəni bugünkü İran 30 il əvvəlki ilə müqayisədə yüz dəfə daha güclüdür”.