Silah » Azərbaycan Pakistanda keçirilən hərbi sərgidə iştirak edəcək

Azərbaycan noyabr ayında Pakistanda keçiriləcək İDEAS-2012 beynəlxalq müdafiə sərgisi və seminarında iştirak edəcək

Bu barədə APA-ya sərginin təşkilat komitəsindən məlumat verilib.

Noyabrın 7-dən 11-dək Karaçi şəhərində keçiriləcək İDEAS-2012 sərgi və seminarında dünyanın müxtəlif ölkələrindən müdafiə sənayesində fəaliyyət göstərən şirkətlər öz məhsullarını nümayiş etdirəcəklər. Sərgidə silah, döyüş sursatları, quru nəqliyyat vasitələri, uçuş aparatları, döyüş idarəetmə sistemləri, təlim vasitələri, xüsusi təchizatlar, hərbi xidmətlər, gəmi, kater və digər üzmə vasitələri nümayiş etdiriləcək.

İDEAS sərgisində ikinci dəfə iştirak edəcək Azərbaycanın bu dəfə ayrıca stendlə çıxış etməsi gözlənilir. Budəfəki sərgidə iştirak üçün Azərbaycanın müdafiə, müdafiə sənayesi nazirlərinə, ayrı-ayrı qoşun birləşmələrinin komandanlarına dəvət göndərilib. İlk dəfə 2008-ci ildə keçirilmiş eyni adlı sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi bəzi məhsulların bukletləri Türkiyə pavilyonundakı kiçik stenddə nümayiş olunub.

İki ildən bir keçirilən İDEAS sərgisinin sonuncusu 2010-cu ilə təsadüf etsə də, Pakistanda baş vermiş sel fəlakəti ilə əlaqədar 2012-ci ilə keçirilib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!