313news.net-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bəşər Əsəd Alman televiziyasına verdiyi müsahibədə Amerikanı günahlandırıb.
Müsahibə zamanı müxalif qüvvələri "silahlı terroristlər" adlandıran Bəşər Əsəd ölkəsindəki qarışıqlıqda Amerika və Qərb ölkələrini günahlandırıb. O bildirib ki, Suriyadakı sabitliyi pozmaqdan ötrü ABŞ silahlı qruplaşmalara dəstək verir.