Orta şərq » İrandan İsrailə çox sərt cavab!

"İrana hücum etmək kimi bir səhvə yol versələr, onları yer üzündən silərik"

313news.net-in trtazerbaycan-a istinadən verdiyi xəbərə görə, İnqilab Keşikçilərinin Hava-Kosmos Qüvvələri komandanı Əmir Əli Hacızadə belə deyib.

 

Dövlət televiziyasının xəbərinə görə, İnqilab Keşikçilərinin Hava-Kosmos Qüvvələri komandanı Əmir Əli Hacızadə İsrailin İrana hücum təhdidlərini dəyərləndirib. Hacızadə İsrailin İranla boy ölçüşəcək gücdə olmadığını deyib: "Sionist rejim İrana hücum edəcək gücdə olsaydı, bir an belə durmazdı"deyib.

İsraillə "Hizbullah" arasındakı "33 gün" müharibəsini xatırladan Hacızadə "Onlar Livandakı "Hizbullah" kimi kiçik bir qrupa məğlub oldular. İrana necə hücum edə bilərlər" deyə sözlərini davam etdirib. İsrailin ABŞ olmadan belə işə əl ata bilməyəcəyini söyləyən İran rəsmisi bölgədəki bütün ABŞ hərbi bazalarının hücum mənzilində olduğunun bilindiyini qeyd edib. Vaşinqtonun belə bir yükün altına girə bilməyəcəyini vurğulayan general Hacızadə İsrailə də bu haqda dəfələrlə xəbərdarlıq edildiyini xatırladıb: "Onların belə bir cəsarəti yoxdur. Sionist rejim belə bir səhvə yol verərsə,yox olar. Onları yer üzündən silərik".

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!