Yaxın şərq » Bəşər Əsəd: "Fələstini dəstəklədiyimiz üçün bizə təzyiq göstərilir."

“İslahatları davam etdiririk, amma terroristlər və onları dəstəkləyən hökumətlər üçün həyata keçirdiyimiz islahatların bir mənası yoxdur.”

313news.net-in "ensonhaber.com" saytına istinadən verdiyi xəbərə görə bu sözləri İran dövlət televiziyasına müsahibə verən Suriya dövlət başçısı Bəşər Əsəd deyib.

Reuters xəbər agentliyinin verdiyi məlumata görə, Suriya lideri “Türkiyəli səlahiyyətli şəxslərin siyasətləri ilə Türk xalqının Suriya haqqındakı müsbət fikirləri üst-üstə düşmür.” – deyib. “Bəzi ölkələr bizi günahlandırmaq üçün Annan Planının baş tutmamasını istəyir.” deyən Əsəd sözlərinə belə davam edib: “Mən suriyalıların daxil olmadığı bir həll yolunu qəbul edə bilmərəm. Çünki, sadəcə suriyalılar problemin necə həll olunacağını bilir.”

Əsəd “Minlərlə insanın həyatını xilas etmək üçün terroristləri məhv etmək hökumətin borcudur” – deyə əlavə edib.

Suriyaya qarşı bir hərbi əməliyyat ehtimalına toxunan Əsəd “Bu cür hərbi müdaxilənin baş verəcəyini düşünmürəm. Liviya tərzində bir əməliyyat Suriyada mümkün deyil.” – deyib.

Əsəd “ABŞ Suriyada əl-Qaidənin fəaliyyət göstərdiyini deyir. əl-Qaidənin ABŞ-ın xoşlamadığı ölkələrə hücum etdiyini qəbul edir.” – ifadələrini işlədib.

Suriya lideri həmçinin ölkəsinin Fələstinə verdiyi dəstək səbəbindən təzyiq altında olduqlarını qeyd edərək “Bu təzyiqlər bu günə qədər işə yaramayıb, gələcəkdə də işə yaramayacaq.” – deyib.

Suriya-İran münasibətlərindən də danışan Əsəd İran ordusunun Suriyada fəaliyyət göstərdiyi ilə əlaqədar xəbərləri “ordunun içində parçalanmalar olduğu fikrini yaratmaq üçün edilmiş zarafat” olaraq izah edib.

Əsəd həmçinin qeyd edib ki, “İran Suriyanın yanındadır, Şamın da qarşılıqlı olaraq sədaqət göstərməsi lazımdır.”

 

Yeniliklər üçün bizi izləyin...

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!