"Amerika həll olunması çətin problemlər qarşısındadır."
313news.net-in Mehr xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Ayətullah Xaməneyi Məhkəmə Qurumunun səlahiyyətli şəxsləri qarşısında çıxışı zamanı belə deyib.
Ayətullah Seyyid Əli Xaməneyi İran Məhkəmə Qurumunun keçmiş sədrlərindən Ayətullah Şəhid Behişti və onlarla yaxın əqidə yoldaşının şəhid olmasına səbəb olan terror hücumunun ildönümü münasibətilə bu gün Məhkəmə Qurumu səlahiyyətli şəxsləri qarşısında etdiyi çıxışında hal-hazırda məhkəmə, icra və qanunverici orqanların birgə fəaliyyətinin vacibliyinə toxunaraq, bu gün zorba güclərin bütün səylərini İslam dünyasının ilham qaynağı olan İran İslam Cumhuriyyətinə zərbə endirmək üçün istifadə etdiklərini söylədi.
Ayətullah Xaməneyi İslam dünyası və şərqdə millətlərin oyanmasına toxunaraq, İslam dünyasında xalqların qiyamının təməlində İran İslam inqilabının təsiri olduğunu xatırladaraq, İran İslam Cumhuriyyətinin elm və texnologiya sahələrindəki hər tərəfli irəliləməsinin seçimlərin daha görkəmli həyata keçirilməsinə, zorba güclər və imperialistlər qarşısında daha güclü bir şəkildə durulmasına vəsilə olduğunu qeyd edərək, bunların hər birinin müsəlman millətlər üçün İslam və müstəqillikləri üçün bir ilham qaynağı olduğunu söylədi və "Bu səbədəndir ki, imperialistlərin hədəfi İranın irəliləməsi və inkişaf etməsinin qarşısını almaq və İran xalqının dirənişini ortadan qaldırmağa istiqamətlənmişdir." - dedi.
İran İslam inqilabı imperialist və qərbyönlü güclərin İranda insan haqqları və nüvə texnologiyası sahələrində apardıqları qara piara da toxunaraq, bunların yalan və əsilsiz iddialarla dünya ictimaiyyətini aldatmağa çalışdıqlarını, beləliklə də onların İran xalqı və İslam Cumhuriyyəti arasında nifaq yaratmağa çalışdıqlarını dilə gətirdi.
Ayətullah Xaməneyi imperialistlərin İran əleyhinə sanksiyalara da toxunaraq, İran xalqını bu sanksiyalarla İslam Cumhuriyyətindən soyutmaq istənildiyini, amma əksinə İran millətinin bu sanksiyaları diqqətə alaraq, İslami nizama daha da bağlı olduğunu göstərdiyini qeyd edərək, "Allahın izni ilə düşmənlərin şeytani planlarının qarşısı alınmışdır" - dedi.
İslam inqilabı rəhbəri İran xalqının düşmənlərini çox yaxşı tanıdığını, bundan ötrü İran xalqının müxtəlif sahələrdə çox güclü bir şəkildə özünü göstərdiyini qeyd edərək, İranlı səlahiyyətli şəxslərin bütün səylərini səfərbər etdiklərini söylədi.
Amerikanın İran İslam Cumhuriyyətini mühasirəyə salmağa çalışmasına da toxunan Ayətullah Xaməneyi onların bu gün hamıdan çox problemləri olduğunu və bu problemlərin də asan şəkildə həllini tapacaq növlərdən olmadığını xatırladaraq, Allahın lütfü ilə İranın bu gün hər cür imkan və potensiala sahib olduğunu söylədi.