Orta şərq » Əli Əkbər Vilayəti: “İsrail İrana hücum etməyə cəsarət edə bilməz”

“İsrail İranın hərbi təcrübələrindən xəbərdar olduğu üçün nüvə obyektlərimizə hücum etməyə cəsarət edə bilməz”

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib. O bildirib ki, İsrail və ya başqa hansısa bir ölkə İrana hücum edəcək mövqedə deyil: “Çünki İran bölgədə güclü və böyük bir ölkədir. Əgər hansısa ölkə bizə qarşı belə bir addım atmağa cəhd göstərsə, İran ibrət olacaq bir dərs verər”.
Ə. Vilayəti iyunun 18-19-da İranla “altılıq” ölkələri arasında Moskvada keçiriləcək nüvə müzakirələrinə də toxunub: “Tehran sülh məqsədli nüvə enerjisindən istifadə haqqını müdafiə edəcək. Ancaq bununla belə, biz bu müzakirələrin nəticəsi məsələsində də optimistik”.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!