31 May, 2012
Hidayət Orucov vəzifəsindən azad olundu

Dini komitəyə yeni rəhbər gətirilib

Prezidentin rəsmi saytının məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Elşad Hüseyn oğlu İskəndərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Prezidentin digər sərəncamı ilə Hidayət Xuduş oğlu Orucov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad olunub.

Bütün hüquqlar qorunur  ©  Dünya xəbərləri

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!