İctimai Palata aprelin 22-də Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada mitinq keçirib
APA-nın müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, polis ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.
Aksiya iştirakçıları meydançaya detektorlar vasitəsilə yoxlanılaraq buraxılıblar.
Mitinq saat 16.00-dan 18.00-dək keçirilib. Aksiyada müxtəlif şüarlar səsləndirilib.
Sonda mitinqin qətnaməsi oxunub. Qətnamədə növbəti aksiyanın mayın 6-da keçirilməsinə qərar verildiyi qeyd olunub.
Aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.