Silah » “Hazırda 11 min raket ABŞ və İsrailin bölgədəki obyektlərinə buraxılmaq məqsədilə hazır vəziyyətə gətirilib”

“İran ən kiçik ehtimalı belə ciddi dəyərləndirir. Biz özümüzü müdafiə etmək üçün lazımi mövqe tutmuşuq. Ölkəmizə hər hansı hərbi müdaxilə olarsa, düşmənlərimizə sərt cavab verəcəyik”

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri İranın Livandakı səfiri Qəzənfər Röknəbadi bildirib. Onun sözlərinə görə, hazırda 11 min raket hazır vəziyyətdədir: “Biz hücum ehtimalına qarşı hazırlıqlıyıq. Bu raketlər hər hansı hərbi müdaxilə olacağı təqdirdə, ABŞ və İsrailin bölgədəki obyektlərinə buraxılmaq məqsədilə hazır vəziyyətə gətirilib”.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!