Silah » İran yeni yaxınmənzilli raket istehsal edib

İran yeni yaxınmənzilli qanadlı raket istehsal edib

APA-nın məlumatına görə, fevralın 4-də "Zəfər" adı verilmiş raketin təqdimat mərasimi keçirilib. İranın müdafiə naziri, general-mayor Əhməd Vəhidi jurnalistlərə açıqlamasında bildirib ki, raket sistemlərinin ilk partiyası İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah) Hərbi-Dəniz Qüvvələrinə verilib: “Raket dənizdəki kiçik və orta böyüklükdəki hədəfləri məhvetmə qabiliyyətinə malikdir. Eyni zamanda raket yüngül və sürətli döyüş gəmilərindən atıla biləcək xüsusiyyətə sahibdir. Dəqiqliyi yüksək olan raket tamamilə yerli mütəxəssislər tərəfindən hazırlanıb. Radardan yayınmaq və elektron sistemləri sıradan çıxarmaq imkanına malik raket hər üç saniyədən bir hədəfi tək və ya toplu olaraq məhv edə bilir. Hesab edirik ki, “Zəfər” vasitəsilə İran Hərbi-Dəniz Qüvvələrinin hərəkət qabiliyyəti və gücü daha da artdı”.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!