Silah » İranın nüvə obyektlərini vurmaq iqtidarında deyilik- ABŞ

ABŞ silahlı qüvvələri sərəncamında olan qeyri-nüvə bombasının dağıdıcı qüvvəsinin daha da gücləndirilməsi üçün yeni fəaliyyətə başlayıb

APA-nın «The Wall Street Journal»a istinadən verdiyi məlumata görə, Pentaqon rəhbərliyi bu qənaətə gəlib ki, qeyri-nüvə bombaları İran ərazisində yeraltı istehkam qurğularının dağıdılması üçün çox zəifdir. Sınaqlar zamanı məlum olub ki, bu tapşırığın öhdəsindən hətta yeraltı istehkam əleyhinə olan 13,6 tonluq GBU-57 bombaları da gələ bilmir.

Qeyd edək ki, bu bombalar İranda və Koreya Xalq Demokratik Respublikasında nüvə fəaliyyətinin gizlin saxlanılması məqsədilə inşa olunmuş yeraltı tikililərin məhv edilməsi üçün hazırlanıb. Sınaqlar zamanı məlum olub ki, İranda bəzi istehkam qurğuları həm çox dərində yerləşir, həm də əlavə müdafiə vasitələri ilə təmin olunub.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!