Orta şərq » Əli Əkbər Salehi: “Amerika bizə gizli məktub yazaraq “gəlin görüşək” deyir”

“Biz Malatya bölgəsində quraşdırılmış NATO-nun raket əleyhinə müdafiə sistemi ilə bağlı Türkiyə rəhbərliyinin verdiyi sözə inanırıq”

APA-nın məlumatına görə, bunu hazırda Türkiyədə səfərdə olan İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib. O bildirib ki, İran hökuməti həmin sistemin ölkəyə problem yaradacağını düşünmür: “Halbuki ABŞ dövlət katibi Hillari Klinton sistemin İranın hər hansı raket hücumunun qarşısını almaq və İsraili qorumaq üçün quraşdırıldığını açıqlayıb. Ancaq biz Türkiyənin hansısa dövlətin əlində alət olmayacağına inanırıq. Təbii ki, Türkiyədə belə bir sistemin qurulmamasını istəyərdik, ancaq nə edək, artıq belə bir sistem var. Bu mövzuda da yalnız ölkə prezidenti və Xarici İşlər Nazirliyinin açıqlamaları İranın rəsmi fikri kimi qəbul edilməlidir. İranın digər rəsmilərinin söylədikləri fikirlər yalnız şəxsidir. Çünki bəzən İran rəsmiləri ABŞ və İsrailin bununla bağlı fikirlərinə cavab vermək məcburiyyətində qalırlar”.

İranın xarici işlər naziri bəyan edib ki, Hörmüz boğazının təhlükəsizliyini ABŞ və Böyük Britaniya deyil, Fars Körfəzi ölkələri təmin etməlidir: "ABŞ bölgə ölkələri vasitəsilə İran üzərində təzyiq yaradır. Hörmüz boğazında baş verəcək hər hansı insident heç bir ölkənin xeyrinə deyil. ABŞ-ın digər ölkələr üçün tətbiq etdiyi cəza və mükafat siyasəti İran məsələsində işə yaramır. Dünyaya gövdə nümayiş etdirirlər, ancaq gizlicə məktub yazaraq “gəlin görüşək” deyirlər. ABŞ hökuməti xalqına qarşı da şəffaf davranmır".

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!