Silah » İsrail Almaniyadan sualtı nüvə gəmiləri alıb

Yaxın Şərqdə gərginliyin artması səbəbindən donanmasını gücləndirməyə qərar verən İsrail Almaniyadan 2 sualtı nüvə gəmisi alıb

Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir. İranın bölgədəki fəaliyyətini özü üçün böyük təhlükə hesab edən İsrailin aldığı “Dolphin” tipli sualtı gəmilər 1500 kilometr mənzilli 4 ədəd nüvə başlıqlı raketi daşımaq özəlliyinə sahibdir.

700 milyon dollar dəyərində olan sualtı gəmilər İranın İsrailə hücum edəcəyi təqdirdə istifadə ediləcək. İsrail 1988-ci ildən etibarən istifadə etdiyi 3 sualtı nüvə gəmisini də Almaniyadan almışdı.

Nüvə silahları ilə təchiz edilmiş sualtı gəmilərdən biri həmişə hazır vəziyyətdə olaraq, Qırmızı, Aralıq dənizlərində və Bəsrə körfəzi sularında üzür.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!