Silah » Amerikan təyyarədaşıyanları körfəzdə yenə olacaq- ABŞ

Pentaqon Tehrana cavab verib

ABŞ-dan İranın xəbərdarlığına cavab özünü çox gözlətməyib. 313news.net-in məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Corc Littl bu xəbərdarlığa cavab verərək bildirib ki, ABŞ hərbi qüvvələri son on il ərzində olduğu kimi Fars Körfəzində qüvvələrini cəmləşdirməkdə davam edəcək: “ABŞ-ın əsas vəzifəsi Hörmüz boğazından təhlükəsiz keçidə zəmanətdir”.

Xatırladaq ki, İran rəsmiləri bəyan etmişdilər ki, yeni İl ərəfəsində Fars Körfəzini tərk etmiş ABŞ-ın “John C. Stennis” təyyarə gəmisi öz dislokasiya yerinə qayıtsa, Vaşinqton üçün problemlər yaranacaq: "Biz yalnız 1 dəfə xəbərdarlıq edirik, 2-ci dəfə xəbərdarlıq etməyə öyrəşməmişik".

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!