Silah » İran unikal casus mikrofonu hazırladığını açıqlayıb

İran gözlə görülə bilməyəcək qədər kiçik olan casus mikrofon düzəltdiyini açıqlayıb

APA-nın məlumatına görə, Nurşirvani Texnologiya Universitetinin alimlərindən Bəhram Əzizullah Gəncinin kəşfi olan mikrofon 0.5 x 0.5 millimetr ölçüsündədir. Bu günə qədər dünyada hazırlanan ən kiçik mikrofon olduğu ifadə edilən cihazdan tibb sahəsində, xüsusilə ürəyin səsinin tam olaraq dinlənilməsi və ana bətnindəki körpənin sağlamlığının araşdırılması üçün istifadə də edilə biləcək. Eyni zamanda Bəhram Əzizullah Gənci yeni cihazın balıqçılıq, sualtı müşahidə sistemləri, səs dalğalarının ölçülməsi və bəzi dəniz heyvanlarının təyin olunması üçün də istifadə olunacağını deyib. Ancaq gözlə görülməsi çox çətin olan mikrofonun ilk mərhələdə hərbi və casusluq məqsədilə istifadəsi planlaşdırılır.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!