“Qafqazdan olan zəvvarlar üçün Həcc ziyarətinin həyata keçirilməsində vahid koordinasiyanın təşkili nəzərdə tutulur”
SalamNews-un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Qafqaz Xalqlarının Ali Dini Şurasının toplantısında çıxışı zamanı deyib.
O, İslam dininin tədrisinin təşkilində də müəyyən təkliflərin olduğunu diqqətə çatdırıb: “İslam tədrisi müəssisələri arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində işlərə başlanılıb. Hazırlanan proqrama tələbə mübadiləsi, dərs vəsaitləri və maarifləndirici ədəbiyyatın mübadiləsi daxildir”.
A.Paşazadə bildirib ki, Qafqazın tədris müəssisələrində İslam jurnalistikası kafedralarının yaradılması ilə bağlı təkliflər nəzərdən keçirilir. Bununla yanaşı, İslam iqtisadiyyatının əsaslarının öyrənilməsi məsələsi də diqqət mərkəzindədir.