Dünyada » ABŞ separatçıları maliyələşdirməkdə davam edir

ABŞ Dağlıq Qarabağ separatçılarına 2 milyon dollar ayırıb

Ötən həftənin sonunda ABŞ Senatı və Nümayəndələr palatası 2012-ci maliyyə ili üçün xarici dövlətlərə yardımlar layihəsini təsdiqləyib.

Milli.Az xəbər portalının tert.am saytına istinadən verdiyi məlumata görə, layihədə Ermənistana 40 milyon dollar yardımın edilməsi nəzərdə tutulur. Cənubi Qafqazın digər ölkələri - Azərbaycan və Gürcüstana ayrılmış yardımların məbləği müvafiq olaraq 16,6 milyon və 66 milyon dollardır.
Xatırladaq ki, ABŞ 2011-ci ildə də Ermənistana 40 milyon dollar yardım etmişdi.

Ermənilərin «Ay Data» təşkilatı Senatın Dağlıq Qarabağ separatçılarına da yardım ayırmaq haqda qərar qəbul etdiyini bildirir. Separatçılara 2 milyon dollar ayrılacaq.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!