Silah » Azərbaycan Rusiyadan 360 milyon dollara 24 ədəd Mi-35M helikopteri alıb

Azərbaycan Rusiyadan aldığı 24 ədəd Mi-35M tipli qırıcı helikopterlərdən ikisinə qovuşmaq üzrədir

ANS PRESS-in “İTAR-TASS”a istinadən verdiyi məlumata görə, bu barədə "Jane's Defence Weekly " həftəliyi yazıb. hazırda helikopterlər “Rostvertol”un Rostov şəhərindəki zavodunda son yoxlamadan keçir. Qırıcı helikopterlərin yerdə qalan partiyasının növbəti il ölkəmizə gətiriləcəyi gözlənilir. 

24 ədəd Mi-35M helikopterinin alınmasının ölkəmizə 360 milyon dollar başa gəldiyi yayılan xəbərlər arasındadır. Bu tip helikopterlərin ölkəmizin zərbə helikopterlər qrupunun gücləndirilməsi baxımından əhəmiyyətinin böyük olacağı bildirilir. 

Belə ki, Mi-35M tipli helikopterlər gecə görüntülü kamera, radioelektron təzyiq qurğusu kompleksi ilə təchiz olunub. Helikopterlər 50 kq-dan 500-kq-dək aviasiya bombası götürə biləcək. Bundan başqa Mi-35M tipli helikopterlərdə 12,7 mm çaplı 9-A-629 pulemyotu, 30 mm çaplı 9-A-800 qumbaraatanı quraşdırılacaq.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!