Dünyada » Rusiya İrandan neft idxalına qoyulan qadağaya qarşı çıxdı

Şimal ölkəsi İslam ölkəsindən neft idxalına davam edəcək

Rusiya İrandan neft idxalına qoyulan qadağaya qarşı çıxıb. Rusiyanın energetika naziri Serqey Şmatko World Petroleum Congress-de çıxışı zamanı bildirib ki, belə bir qərarın müəyyən siyasi hesablamalar əsasında qəbul olduğu aydın görünür: “Belə bir vəziyyətdə həmişə çalışırıq ki, neytral qalaq”- "anspress" xəbər verir.

Şmatko daha sonra əlavə edib ki, belə bir siyasətin nəyə gətirib çıxaracağını hamı yaxşı başa düşür.

Qeyd edək ki, Avropa ölkələri İranın nüvə proqramına qarşı bu ölkəyə iqtisadi təzyiq göstərmək məqsədi ilə bu qərarı qəbul edib. Amma bir sıra Avropa ölkələri bu qərarın İrandan çox özlərinin iqtisadiyyatlarına mənfi təsir edəcəklərdən ehtiyat edirlər.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!