Orta şərq » İran rəsmiləri hərbi anbarda partlayış nəticəsində 17 nəfərin öldüyünü bildirirlər

Bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun Tehrandan 40 kilometr aralıda, Karay şəhərinin yaxınlığındakı Binqadeh bazasının anbarında partlayış baş verib

Bu barədə «Reyter»ə İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Ramazan Şərif məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb-APA xəbər verir.

İlkin məlumata görə, partlayış silah-sursatın daşınması zamanı baş verib, daha sonra yanğın başlayıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!