Silah » İsrail raketlərinə nüvə başlığı taxdı

İrana son zamanlar hücum edəcəyi ilə bağlı təhdidlər yağdıran İsrail bəzi uzaq mənzilli raketlərinə nüvə başlığı taxıb

Türkiyənin "Haberturk" qəzetinin verdiyi xəbərə görə, yəhudi rejimi İranın nüvə obyektlərinə hava zərbələri endirmək üçün bəzi raketlərinə ABŞ istehsalı olan nüvə başlıqları taxıb. Qəzet xəbəri “British American Security Information Council”a istinadən yayıb-"deyerler" xəbər verir.

Xəbərdə bildirilir ki, İsraildə 130 kilometr uzaqlıqdakı hədəfi vurmaq gücünə malik 100-dən çox "Harpoon" tipli raket var. Həmçinin bildirilir ki, sionistlərdə "F-15E Strike Eagle" tipli nüvə silahları daşıya bilən hərbi təyyarələr də mövcuddur. Ümumilikdə isə işğalçı İsrailin əlində 400-ə yaxın nüvə başlıqlı raket var.

Qeyd edək ki, əksər beynəlxalq ekspertlər yayılan xəbəri İranda qorxu yaratmaq və təzyiq vasitəsi kimi qiymətləndirirlər.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!