Dünyada » Fransa XİN: “İrana qarşı görünməmiş miqyasda sanksiyalar tətbiq olunmalıdır”

“Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramı ilə bağlı hesabatını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının iclası keçirilməli və İrana qarşı görünməmiş miqyasda sanksiyalar tətbiq olunmalıdır”

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Fransanın xarici işlər naziri Alan Jüpe deyib. Fransanın müdafiə naziri Jerard Longe isə bildirib ki, İranın cəzalandırılması üçün hərbi güc tətbiq etmədən sanksiyalar ağırlaşdırılmalıdır.

Qeyd edək ki, beynəlxalq agentliyin hesabatında Tehranın 2003-cü ildən etibarən nüvə silahının istehsalı istiqamətində sanaq işləri apardığı və bunu hazırda davam etdirdiyi bildirilir. İran isə bu iddiaları uydurma və əsassız adlandırıb. İran atom silahı proqramı üzərində işlədiyini rədd edərək nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini bəyan edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!